Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bilik piramidası” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Bilik piramidası” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bilik piramidası” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

23-27 fevral tarixlərində keçirilən bilik yarışının yekun tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “Ümummilli lider Heydər Əliyev – 100” videoçarxı nümayiş etdirilib.

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında təsdiqlənmiş “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində təşkil olunmuş müsabiqəni yüksək qiymətləndirib.

Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov bildirib ki, layihə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığının, Azərbaycanın zəngin milli və mənəvi dəyərlərinin, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlığının təbliği məqsədini daşıyır.

“Bilik piramidası” müsabiqəsinin layihə rəhbəri, “Fizika” ixtisası üzrə III kurs tələbəsi Sədi Zeynalov yarış barədə iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, muxtar respublikanın ali təhsil müəssisələrindən ümumilikdə 125 nəfərin qatıldığı müsabiqədə Naxçıvan Dövlət Universitetinin tələbəsi Nigar Babayeva birinci yerə layiq görülüb. Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Zəhmət Hüseynov ikinci, “Naxçıvan” Universitetinin tələbəsi Həsən Məmmədov isə üçüncü yerə layiq görülüblər.

Sonda yarışın qalibləri mükafatlandırılıb və hesabat videoçarxına baxış olub.

admin

Related Posts