Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Güləş üzrə muxtar respublika birinciliyi keçirilib

Güləş üzrə muxtar respublika birinciliyi keçirilib

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə muxtar respublikada silsilə idman tədbirləri təşkil olunub.
Naxçıvan Muxtar Respubliksa Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinden Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmələrin (2006-2008-ci il təvəllüdlülər) sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib. Yarışda 10 çəki dərəcəsi üzrə 76 idmançı qüvvəsini sınayıb.

Nəticələrə əsasən Suat Məmmədov (45 kq), Eltun Nəcəfov (48 kq), Sadiq Kərimov (51 kq), Ayxan Bağırov (55 kq), Əmrə Ağayev (60 kq), Məhəmmədəli Rəsulov (65 kq), Eldar Abdullayev (71 kq), Elxan Əhmədov (80 kq), Süleyman Məmmədov (92 kq) və Cəfər Heydərov (110 kq) öz çəki dərəcələrində qalib olublar.

Yarışın sonunda ilk üç yerin qalibləri diplom və medallarla təltif ediliblər.

admin

Related Posts