Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Qəbiristanlıqlarda monitorinq aparmışam” – Deputat

“Qəbiristanlıqlarda monitorinq aparmışam” – Deputat

“Qadınların pensiyaya çıxması üçün son yaş həddi 60, kişilərdə isə 62 olsun”.

Bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

“Deyiləcək ki, dünyada yaş həddi əsasən 65-dir. Lakin bu ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əmək haqları və rahatlıq bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik? Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da çılpaq gözlə görürük”, -deyə o qeyd edib. 

Deputatın sözlərinə görə, kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında əhali çətin vəziyyətdə yaşayır: “Buna görə pensiya yaşını azaltmaq çox vacibdir. Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər çox cavanlaşıb. 30 yaşlı cavan ürəktutmadan ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Baxıram ki, rəhmətə gedənlərin çoxu 57-62 yaş arasındadır. Hətta qəbiristanlıqlarda monitorinq aparmışam və son zaman ölənlərin əksəriyyəti qocalmayıb, yaşlanmayıb dünyasını dəyişənlərdir. Gərək bu faktlar nəzərə alınsın”.

Editor

Related Posts