Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sabah ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 9-u günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Birinci 24 İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdalıqda bildirilib.

Qeyd olunub ki, yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Bəzi bölgələrdə gözlənilən yağışlar nəticəsində əksər çaylarda sululuğun artacağı gözlənilir.

admin

Related Posts