Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bəsdi Bəkirova:”Qadın ərini qısqananda özünü aşağılayır”

Bəsdi Bəkirova:”Qadın ərini qısqananda özünü aşağılayır”

“Qadınlar ərlərini dəxlisiz yerə qısqanır. Qadın ərini qısqananda özünü aşağılayır. Şəxsi fikrimdir, belə düşünürəm. Qadın nə qədər həyat yoldaşının arxasına düşsə, onu güdsə, qısqanclığını büruzə verirsə, kişinin ayağı yer alır. Beynində formalaşır ki, məni çox istəyir”.

Birinci 24 xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsdi Bəkirova “Gündən günə” verilişində deyib. Qısqanclıqdan danışan müğənni qadınları tənqid edib:

“35 ildir bir kişiylə, həyat yoldaşı ilə yaşayıram. 1987-ci ildə ailə qurmuşuq və iki övladımız var. Gənc yaşda olan qısqanclıq artıq yox olmağa başlayıb. Qısqanclıq xəstəlikdir. Xəstəlik necə get-gedə qocalırsa, qısqanclıq da yaşlanır. Bilirsən ki, həyat yoldaşındır, hara gedəcək? Mən qadın qısqanclığını tənqid edirəm. Kişi qısqana bilər. Mənim də həyat yoldaşım indi qısqanır. Amma mən onu qısqanmıram”.

admin

Related Posts