Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nübar Novruzova: “Bizim vaxtımızda Xalq artistinə hörmət edirdilər”

Nübar Novruzova: “Bizim vaxtımızda Xalq artistinə hörmət edirdilər”

“Kənddə, rayonda yaşayanın, maşını olanın-olmayanın başqa arzusu olur. Hər xanımın da arzusu fərqlidir. Biz bu sənətə gələndə düşünmürdük ki, sənətin müəyyən zirvəsinə yüksələcəyik, məşhur olacağıq, villa, maşın alacağıq, Əməkdar, Xalq artisti olacağıq. Heç zaman bu niyyətdə olmamışam”.

Birinci 24 xəbər verir ki, bu sözləri Xalq artisti Nübar Novruzova qonaq olduğu “Dikdaban” verilişində deyib.

Aktrisa bildirib ki, mədəniyyət sahəsində verdiyi töhvələrə görə, ölkə başçısı onu mənzil və təqaüdlə təmin edib:

“İndi qocalmışam, yaşlanmışam, bu haldayam… Amma indi niyə məni qısqanırlar? Bizim vaxtımızda Xalq artistinə hörmət edirdilər. Onlar içəri daxil olanda ayağa qalxıb, yer verirdim. Düşünürdüm ki, mən də bu yaşa gələcəyəm, mən də belə olacağam. İndi xəyal etdiyim yerdə deyiləm. Sağ olsun, ölkə başçısı, mənə qiymət verib. Xalq artistiyəm, Prezident təqaüdü alıram. Prezident ev hədiyyə edib.

Dövlətimdən və xalqımdan çox razıyam. Amma bir aktrisa hər zaman narazıdırsa, deməli, yaratmağa nəsə var. Deyirlər, bəsdirin, indi cavanlar gəlib nəsə etsinlər. Amma bizim elədiyimiz tamamilə fərqli və başqadır. Cavanlar gəlsinlər, amma onlar da bizdən öyrənsinlər”.

admin

Related Posts