Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb-YENİLƏNƏCƏK

Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb-YENİLƏNƏCƏK

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Palace”da baş tutan konfransda əvvəlcə Dövlət Himni və vəkil marşı səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib. Konfransda Azərbaycan Vəkillər Kollegiyasının sədri, Hüquq-Mühafizə Şurasının üzvü Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov, Naxçıvanın Ombudsmanı Günay Rzayeva, Naxçıvan Ali Məhkəməsinin sədr müavini Əsgər Novruzov, Naxçıvan Muxtar Respublikası prokurorurun müavini Sənan Paşayev, NDU-nun rektoru Elbrus İsayev, Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənov, Naxçıvan vəkilləri və digər şəxslər iştirak edirlər.

Geniş tərkibdə keçirilən konfransda Naxçıvanda vəkillik fəaliyyəti və bu sahənin daha da inkişafı istiqamətində ətraflı müzakirələr aparılır.

Sonra konfrans sual-cavab formatında öz işini davam etdirəcək.

Qeyd edək ki, bu gün həmçinin Naxçıvandakı Vəkillər Kollegiyasında vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyası keçiriləcək.

admin

Related Posts