Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan MR DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sistemindən çıxarılıb – FƏRMAN

Naxçıvan MR DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sistemindən çıxarılıb – FƏRMAN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələri sırasına nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlamaq, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirmək daxil edilib.

Birinci 24 İnformasiya Agentliyinin məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklkidə əksini tapıb.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sistemini təşkil edir.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu vahid sistemdən çıxarılır.

admin

Related Posts