Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İrandan idxal edilən portağal və bibər məhsullarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb

İrandan idxal edilən portağal və bibər məhsullarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, idxalatçı şirkətlərin müraciəti əsasında götürülmüş nümunələrin müayinələri nəticəsində İran İslam Respublikasından idxal olunmuş “Ballı Store N” MMC-yə məxsus 7 372 kiloqram bibər məhsulunda qonur qırışıqlıq virusu, “Frut-ZV” MMC-yə məxsus 8 650 kiloqram və “Narnumru“ MMC-yə məxsus 21 100 kiloqram portağal məhsulunda isə sitrus tristeza virusu aşkarlanıb.

Faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi serifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub. Verilmiş qərarlara əsasən, Qaradağ Rayon Qızıldaş Poliqonunda məhvetmə tədbiri həyata keçirilib.

admin

Related Posts