Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İlahə İbadova: “Deyirlər ki, müğənnilər oxuya bilmir”

İlahə İbadova: “Deyirlər ki, müğənnilər oxuya bilmir”

“Son zamanlar deyirlər ki, müğənnilər oxuya bilmir. Amma tamaşaçılar biz müğənnilərin kulis arxasındakı vəziyyətlərindən bixəbər olurlar. Biz mahnılarımızı studiyada yazdırmaq üçün 12-dən sonra yəni gecə yarı gedib, oxuyuruq. Və ya axşam 18:00-dan sonra. Çünki o vaxt səsin tam açılan vaxtı olur. Səhər və ya günorta oxumalıyıqsa, “raspevka” edib, səsimizi açırıq”.

Birinci 24 xəbər verir ki, bu sözləri xanəndə İlahə İbadova qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Sənətçi səsi olmayan həmkarlarını dilə gətirdiyi fikirləri ilə “sancıb”:

“Bayramlarda çəkilişlər, tədbirlər və məclislər çox olur. Belə olanda da insanın canı yorğun olur, səsi də çıxmır. Tamaşaçı da bunu anlamaq istəmir ki, canlı oxuyursa, bu o demək deyil ki, onun səsi yoxdur. Sadəcə səsi yerində deyil. Amma tamaşaçı, efir və orada olan qonaqlara hörmət naminə ağzımızı açıb bir kəlimə də olsa oxuyuqsa, sözlərini yerə salmamaq üçün ifa edirik.

Hamı toyda oxuyur, hamının da səsi var. Söhbət canlı ifadan gedir. Tamaşaçının da gözü tərəzidir. Kimin canlı, kimin insə fonoqram oxuduğunu çox gözəl bilirlər. Gəlin, bizim işləməyən səsimizlə onların işləyən səsini müqayisə edək”.

admin

Related Posts