Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Prokurorluğu əməkdaşının “Qanunçuluq və Hüquq düşüncəsi” kitabı çap olunub

Naxçıvan Prokurorluğu əməkdaşının “Qanunçuluq və Hüquq düşüncəsi” kitabı çap olunub

“Qanunçuluq və Hüquq düşüncəsi” kitabı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, kitabın müəllifi Naxçıvan Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərovdur.

Kitabda Ulu Öndərin milli dövlət quruculuğundakı misilsiz xidmətləri, Azərbaycanda hüquq islahatlarının memarı kimi titanik fəaliyyəti, prokurorluq orqanlarına qayğısı, Azərbaycan Respublikası Prokurorluğunun yaranması və inkişaf tarixi, məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi onun strukturunun və fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi məsələləri geniş işıqlandırılıb.

Həmçinin kitabda Faiq Səfərovun Naxçıvan televiziyasının efirində yayımlanan və müəllifi özü olan “Qanunçuluq” verilişi, eləcə də KİV-də dərc olunan məqalələri haqqında məlumatlar da yer alır.

Kitabdan hüquq üzrə təhsil alan tələbələr, magistrlar, aspirantlar, doktorantlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə geniş ictimaiyyət nümayəndələri faydalana bilərlər.

Kitabın elmi redaktoru Hüquq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının baş müəllimi Malik Səlimov, məsləhətçisi Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, baş ədliyyə müşaviri Sənan Paşayevdir.

admin

Related Posts