İsraildə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yerusəlimdə israilli həmkarı Eli Kohenlə görüşüb.
Bu barədə Azərbaycan XİN-in tviter hesabında məlumat verilib.
Qeyd edilib ki, hazırda tərəflər arasında təkbətək görüş keçirilib.
***
İsrailin XİN rəhbəri Eli Kohen də öz tviter hesabında Ceyhun Bayramoun səfəri barədə paylaşım edib: “Tarix! Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm. Ölkələr arasında münasibətlərin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz!”
***
Azərbaycan və İsrail XİN rəhbərləri arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə İsrail arasında çoxşaxəli əməkdaşlıq məsələləri müzakirə edilib.





