Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda 3 saylı Uşaq Evində nə baş verir? – Direktordan tükürpədici açıqlama

Bakıda 3 saylı Uşaq Evində nə baş verir? – Direktordan tükürpədici açıqlama

Xətai rayonunda yerləşən 3 saylı uşaq evinin rəhbəri Məhbubə Hüseynova, uşaq evinin sakini olan 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlunun səsləndirdiyi iddiaların əsasız olduğunu deyir.

17 yaşlı Məhəmməd onu da iddia edir ki, uşaq evinin direktoru onun psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.

Müəssisə rəhbəri isə deyir ki, bu həqiqəti əks etdirmir. Çünki yeniyetməni o deyil, polislər 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriblər.

Onu da bildirdi ki, Məhəmməd Hacıyev 2018-ci ildə övladlığa verildiyi ailədə özünü normal idarə edə bilmədiyi üçün 2020-ci ildə yenidən uşaq evinə qaytarılıb.

Qeyd edək ki, bu 3 saylı uşaq evi haqqında yayılan ilk belə xəbər deyil. Buna qədər də sosial şəbəkələrdə sözügedən uşaq evi ilə bağlı dəhşətli məlumatlar yayılmışdı. Təkcə ötən il Qurban bayramı ilə əlaqədar Uşaq evinə müxtəlif imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıq ət və heyvanların müəssisə rəhbəri Məhbubə Hüseynovanın tapşırığı ilə onun sürücüsü tərəfindən satıldığı iddia edilirdi. Özü də bu görüntüləri mətbuata 3 saylı Uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva təqdim etmişdi. Onu da bildirək ki, ötən ilin oktyabrında 3 saylı Uşaq

Evində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi araşdırma aparıb. Müəssisədə bəzi nöqsanlar müəyyən olunaraq müəssisə rəhbəri Məhbubə Hüseynovaya töhmət verilmişdi və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülmüşdü.

Editor

Related Posts