Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

2 ayda İrana 18,3 min Azərbaycan vətəndaşı gedib

2 ayda İrana 18,3 min Azərbaycan vətəndaşı gedib

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,3 faiz artaraq 218 min nəfər olub.

Açıqlanan rəsmi məlumatlara istinadən, Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9 faiz, Rusiya gedənlərin sayı 8,4 faiz artıb, İrana gedənlərin sayı isə 15,5 faiz azalıb.

Məlumat üçün bildirək ki, bu ilin ilk 2 ayında Türkiyəyə 86,5 min, Rusiya 49,7 min, Gürcüstana 21,6 min, İrana isə 18,3 min Azərbaycan vətəndaşı səfər edib.

Editor

Related Posts