Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Brilliant Dadaşova:“O mahnılara get evində oyna”

Brilliant Dadaşova:“O mahnılara get evində oyna”

Xalq artisti Brilliant Dadaşova toylarda ifa etdiyi mahnılardan danışıb.

Birinci 24 yazır ki, sənətçi istəyə uyğun olaraq hər musiqini oxumadığını söyləyib.

Bu barədə Dadaşova “Xəzər axşamı” verilişində qonaq olarkən deyib:

“Estrada musiqilərimizi qorumaq lazımdır. O musiqiləri böyük dühalar yazıb. Toyda öz mahnılarımdan oxuyuram, çalışıram ki, bəstəkar mahnılarımızı ifa edim. Hansı məclisdə ki, mənə gəlib “dandirik” mahnı istəyirlər, deyirəm ki, get evdə kaseti qoy, o mahnılarla özün üçün ürəyin istəyən qədər, doyunca oyna. Mən o mahnıları oxumuram. Əvvəl deyirdilər ki, dostunu mənə göstər, deyim sən kimsən. İndi isə dinlədiyin musiqini mənə göstər, deyim sən kimsən”.

admin

Related Posts