Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Polisdən “Tarqovı”da poza verən modelə xəbərdarlıq

Polisdən “Tarqovı”da poza verən modelə xəbərdarlıq

Bakıda fəaliyyət göstərən Emilia Dinqo adlı model və blogerə polis tərəfindən xəbərdarlıq edilib.

Birinci 24 yazır ki, o bu barədə sosial media hesabında məlumat verib. Nizami küçəsində çəhrayı libası və aksessuarları ilə kamera qarşısına keçən influenser hadisəni belə izah edib:

“Bu fotosessiya zamanı məni polis saxladı. Bu “ağır cinayət”in qarşısını almaq üçün 6 nəfər serjant qaçaraq gəldi. Hansı qanunu pozduğumu soruşanda mənə belə cavab verdilər:

“Belə geyimdə çəkiliş qadağandır”, “Bura plyaj deyil”, “Bura Azərbaycandır, eşidirsiz?”, “Ana-bacı baxır”, “Şəkilləri silin”…

Təsadüfən bu maddələri konstitusiyada görmüsünüzsə, mənə skrinşot göndərin. Ümumiyyətlə, bu fotosessiyanı altı aya hazırlamışam. Şəkilin hər bir detalı xüsusi olaraq bu fotolar üçün hazırlanıb və hamısı birlikdə təxminən 2500 manat edib”.

Qeyd edək ki, Emilia fərqli fotosessiyaları və imici ilə tanınır.

admin

Related Posts