Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan boksçusu beynəlxalq turniri gümüş medalla tamamlayıb

Naxçıvan boksçusu beynəlxalq turniri gümüş medalla tamamlayıb

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Boks Federasiyasının idmançısı Elbrus Kərimli milli komandamızı 54 kq çəki dərəcəsində təmsil edib. Yarışa dörddəbir final mərhələsindən qoşulan təmsilçimiz Tacikistan idmançısı Sodmehr Dovlatovu 4:1 hesabı ilə məğlub edib. Yarımfinalda millinin digər üzvü Azad Cavadzadə ilə görüşən Elbrus Kərimli rinqi növbəti dəfə qalib kimi tərk edib. Görüş tam üstünlüklə yekunlaşıb. Həlledici görüşdə rus Pavel Kondraşova 0:5 hesabı ilə məğlub olan idmançımız turniri gümüş medalla tamamlayıb.

Bu Elbrus Kərimlinin karyerası ərzində çıxış etdiyi ikinci beynəlxalq səviyyəli yarışdır. O, ilk sınağında Rumıniyanın Arad şəhərində yeniyetmə və gənc boksçular arasında keçirilən “Dracula Open” beynəlxalq turnirinin qalibi olmuşdu.

Qeyd edək ki, 11 ölkədən 100-dən çox boksçunun mübarizə apardığı yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirib.

admin

Related Posts