Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda uşaqlar arasında tibbi müainələr aparılır

Naxçıvanda uşaqlar arasında tibbi müainələr aparılır

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, muxtar respublikada uşaq əhalisinin kütləvi dövri tibbi müayinələrdən keçirilməsinə start verilib.

Bu məqsədlə Şərur Rayon Uşaq Xəstəxanasının pediatr, cərrah-travmotoloq, otolarinqoloq, nevropatoloq, oftalmoloq, stomatoloq və ginekoloq ixtisaslı həkimləri tərəfindən Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin şagirdləri arasında müayinələr aparılıb. 1060 şagirdin iştirak etdiyi müayinələr zamanı hər hansı xəstəlik aşkar olunan şagirdlər dispanser qeydiyyata götürülərək daha dərindən müayinə və müalicə olunmaları üçün Şərur Rayon Uşaq Xəstəxanasına yönləndirilib.

Qeyd edək ki, qrafikə uyğun olaraq mayın 20-dək mərhələli şəkildə rayonun kənd məktəblərində də müayinələr davam etdiriləcək.

admin

Related Posts