Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan şəhərində 598 uşağın dispanser qeydiyyatı aparılıb

Naxçıvan şəhərində 598 uşağın dispanser qeydiyyatı aparılıb

Muxtar respublikanın tibb müəssisələrinin həkim briqadaları tərəfindən ümumtəhsil məktəblərində uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələsində aşkar edilməsi məqsədilə icbari dispanserizasiya tədbirləri aparılır.

Naxçıvan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasının həkim briqadası Naxçıvan şəhər 1 və 2 nömrəli tam orta məktəblərdə, Naxçıvan Qızlar Liseyində şagirdləri müxtəlif müayinələrdən keçiriblər.

Pediatr, nevropatoloq, oftalmoloq, cərrah, otorinolarinqoloq, endokrinoloq, stomatoloq və digər ixtisaslı mütəxəssislərin cəlb edildiyi həkim briqadası ümumilikdə 981 şagirdi müayinələrdən keçirib. Müayinələr zamanı 40 nevroloji, 169 göz, 87 lor, 17 uroloji, 212 stomatoloji, 52 cərrahi və 21 pediatrik olmaqla, 598 şagird dispanser qeydiyyata alınaraq müalicə-sağlamlaşdırıcı tədbirlərə cəlb olunublar.

Qrafikə uyğun olaraq şəhərin digər məktəblərində də dispanserizasiya işləri aparılacaq.

admin

Related Posts