Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfada humanitar tibbi aksiya keçirilib

Culfada humanitar tibbi aksiya keçirilib

Aprelin 6-da “Heydər Əliyev İli” tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası və Duzdağ Fizioterapiya Mərkəzinin həkim heyəti tərəfindən humanitar tibbi aksiya keçirilib.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə Naxçıvan Səhiyyə Nazirliyindən bildirilib.

Culfa Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiya zamanı rayon sakinləri endokrinoloji, USM, oftalmoloji, uroloji və digər sahələr üzrə müayinələrdən keçirilib, onlara həkim və laborator xidmətlər göstərilib.

Tibbi aksiya zamanı 128 rayon sakininə 421 müayinə icra olunub, patologiyalar aşkarlanmış şəxslər dərindən müalicə və müayinələrinin aparılması məqsədilə müvafiq xəstəxanalara dəvət ediliblər.

admin

Related Posts