Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Cəzaçəkmə müəssisələrində dezinfeksiya işləri aparılıb

Cəzaçəkmə müəssisələrində dezinfeksiya işləri aparılıb

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sağlamlığının qorunması, onların tibbi təminatının yaxşılaşdırılması, müxtəlif yoluxucu xəstəliklərin cəzaçəkmə müəssisələrinə keçməsinin qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Nazirliyin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, Ümumdünya Sağlamlıq Günü münasibətilə Kəngərli Rayon Gigiyena və Epidemioloji Mərkəzinin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrində və Mühafizə Taburunda kompleks dezinfeksiya işləri həyata keçirilib. Məhkum və həbs edilmiş şəxslərin, eləcə də səxsi heyətin istifadə etdikləri inzibati binalar və ərazilər, sanitar qovşaqlar, yeməkxanalar, yataqxanalar dərmanlanıb.

Mərkəzin mütəxəssisləri sanitar-gigiyena qaydalarına düzgün əməl olunması istiqamətində şəxsi heyət və məhkumlarla profilaktiki söhbət aparıblar.

admin

Related Posts