Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Zamin Salayev 60 gündür aclıq edir

Zamin Salayev 60 gündür aclıq edir

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri Zamin Salayev 60 gündür aclıq edir.

O, şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz edir.

Ötən gün, aprelin 6-da, Bakı İstintaq Təcridxanasında Zamin Salayevlə görüşən vəkil Nemət Kərimlinin sözlərinə görə, Salayev güclü baş ağrılarından və başgicəllənmədən şikayətlənir:

“Zamin Salayev çətinliklə hərəkət edir, güclə danışır. Bununla belə Zamin Salayev hələ də İstintaq Təcridxanasının sanitariya hissəsinə köçürülməyib və həkim yalnız vəziyyəti pisləşdikdən sonra onun yanına gəlir”.

Vəkil bu gün – aprelin 7-də Bakı Apelyasiya Məhkəməsində həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətin rədd edilməsi qərarından verilmiş apelyasiya şikayətinə baxılacağını bildirib. 

Xatırladaq ki, fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

Editor

Related Posts