Daha 4 “İran casusu”nun saxlanıldığı deyilir – Rəsmi qurumlar susur

Daha 4 “İran casusu”nun saxlanıldığı deyilir – Rəsmi qurumlar susur

Ələddin İbrahimov, Arif Fətəliyev və Elsevər İsayev, eləcə də Yusif adlı şəxslərin saxlanıldığı iddia olunur.

Birinci 2 xəbər verir ki, bu barədə “MOUZE” teleqram kanalı məlumat yayıb.

Onların “Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar” çərçivəsində saxlanıldığı iddia olunur.

Daha əvvəl sözügedən teleqram kanalının yaydığı bu tip məlumatlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət etsək də, qurumdan bildirilib ki, bu barədə onlarda məlumat yoxdur.

Xatırladaq ki, daha əvvəl mətbuatda Azərbaycanda inanclı şəxslərə qarşı kütləvi həbslərin keçirilməsi barədə məlumat dərc olunub. İndiyədək 400-dən çox belə şəxsin həbs olunduğu bildirilir.
Bu barədə hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

Editor

Related Posts