Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Günay İbrahimli:“Verilişlərdə müğənniyə hörmətsizlik edirlər”

Günay İbrahimli:“Verilişlərdə müğənniyə hörmətsizlik edirlər”

Müğənni Günay İbrahimli yayımlanan verilişləri bəyənmədiyini deyib.

Birinci 24 yazır ki, bu barədə o, “MTV maqazin” verilişinə açıqlama verib:

“Efirə çıxmamağımın səbəbi bir çox verilişləri bəyənməməyimdir. Verilişlərdən qaçmıram. Yeni mahnı təqdim edəndə gedirəm. Amma istədiyim tərzdə olan verilişlərin sayı çox azdır. Sosial verilişlər çoxluq təşkil edir. Verilişlərdə müğənniyə hörmətsizlik edirlər. Psixoloq, həkim çağırırlar. Veriliş boyu psixoloq və həkim danışır, müğənniyə isə söz verilmir. O yalnız verilişdə bir mahnısını oxuyur. Düşünürəm ki, bu, etik olaraq doğru deyil. Müğənniyə də onun sənəti, karyerası, görəcəyi işlərlə bağlı suallar verilməlidir”.

Günay şou xarakterli verilişlərin sayının çoxalmasını arzuladığını deyib.

admin

Related Posts