Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ramilə Seyidova Sədərəkdə vətəndaşların müraciətlərini dinləyib

Ramilə Seyidova Sədərəkdə vətəndaşların müraciətlərini dinləyib

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Sədərək rayonunun Dəmirçi kənd sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyib.

Komitənin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, Dəmirçi kənd İcra Nümayəndəliyinin inzibati binasında keçirilən görüş zamanı 25 kənd sakininin müraciət və şikayətlərinə baxılıb.

Vətəndaşlar işlə təmin olunmaq, aliment, mülk, mənzil-məişət probleminin həlli, ünvanlı dövlət sosial yardımın və sağlamlıq imkanları məhdud uşaqlara pensiya təyin olunması, qadınlara sərmayə kapitalının verilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Onlara müraciətlərlə bağlı hüquqi izahat verilib, Komitənin səlahiyyət dairəsinə aid məsələlər icraata götürülüb.

Görüşdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva da iştirak edib, vətəndaşların müraciətlərinə köməklik göstərilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

admin

Related Posts