Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hüseyn Məhəmmədoğlu:”Qadın “qarpız” kimidir, kəsəndə görürsən ki…”

Hüseyn Məhəmmədoğlu:”Qadın “qarpız” kimidir, kəsəndə görürsən ki…”

“Gərək elə bir insanla ailə qurasan ki, sonradan peşman olmayasan. Yaxşı bir insan, səni anlayan olsun. Sonra illərinə heyifin gəlir. Xərclənən pullar, başqa şeylər boşdur. Əsas gedən illərdir. Boşanmaya çatana qədər anlayırsan ki, boşdur”.

Birinci 24 xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Səhər mərkəzi” verilişində deyib. Musiqiçi evlilikdən danışarkən, həyat yoldaşı seçməyin çətin olduğunu vurğulayıb:

Reklamınızı SmartBee ilə effektiv edin.

“Düzgün seçim etmək həyatda ən önəmli məsələlərdən biridir. Qadınlar “qarpızdır”. Qarpızı kəsirsən, bir də görürsən ki, içi ağdır (gülür). Demək olmaz ki, bütün günahlar kişilərdədir və ya qadınlardadır. Fərqlidir… Amma insan ailə qurur ki, xoşbəxt yaşasın, gələcəyini düşünsün. Bir də görürsən ki, aləm dəydi bir-birinə”.

Qeyd edək ki, H.Məhəmmədoğlu bir neçə il əvvəl birinci həyat yoldaşından ayrılıb. O, ikinci dəfə aktrisa Aysel İbrahimova ilə evlənib. Onun bu nikahdan bir oğul övladı var.

admin

Related Posts