Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gürcüstanda azərbaycanlılarla polis arasında qarşıdurma olub

Gürcüstanda azərbaycanlılarla polis arasında qarşıdurma olub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Daştəpə kəndində polislə vətəndaşlar arasında insident baş verib.

Birinci 24 xəbər verir ki, hadisə polisin “Opel” markalı avtomobilə “saxla” əmri verməsindən sonra baş verib. Məlumata görə, avtomobilin sürücüsü sürəti artıraraq ərazidən qaçmağa çalışıb, lakin nəqliyyat vasitəsinin idarəetməsini itirərək Daştəpə kəndindəki körpüdən maşını aşırıb.

Şahidlərin sözlərinə görə, avtomobildə olan 3 nəfər və bəzi kənd sakinləri hadisə yerinə gələn polis patrulu maşınını daşlamağa başlayıb.

Nəticədə polis avtomobilinə ziyan dəyib. Daha sonra isə polisi müdafiə edən sakinlərlə əks tərəf arasında qarşıdurma baş verib.

Avtomobilin sürücüsünün sərxoş olduğu bildirilib.

admin

Related Posts