Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ədliyyə Nazirliyi Şərurda “Açıq qapı” günü keçirib

Ədliyyə Nazirliyi Şərurda “Açıq qapı” günü keçirib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Şərur rayonunda “Açıq qapı” günü təşkil ediblər.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə Naxçıvan Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Şərur Rayon Məhkəməsinin inzibati binasında keçirilən qəbul zamanı vətəndaşların, əsasən, aliment, pul tələbi, qeydiyyat və notariat əməliyyatları ilə bağlı müraciətləri dinlənilib.

Müraciət edən şəxslər fərdi qaydada qəbul edilərək onlara qanunamüvafiq məsləhətlər verilib və həlli mümkün olan məsələlərə dəstək göstərilib. Ədliyyə Nazirliyinin səlahiyyət dairəsinə aid araşdırma tələb edən müraciətlər isə həll edilməsi ilə bağlı nəzarətə götürülüb..

Növbəti “Açıq qapı” gününün aprelin 28-də Sədərək rayonunda keçirilməsi nəzərdə tutulub.

admin

Related Posts