Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Rezidentura” jurnalının 2-ci nömrəsi nəşr edilib

“Rezidentura” jurnalının 2-ci nömrəsi nəşr edilib

“Rezidentura” jurnalının 2-ci nömrəsi nəşr edilib.

Dövlət İmtahan Mərkəzindən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, jurnalda rezidenturaya qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində təqdim edilib.

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xatırladaq ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdində iştirak etmək üçün qeydiyyat aprelin 17-dən mayın 1-dək internet vasitəsilə aparılacaq.

admin

Related Posts