Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kəngərlidə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Kəngərlidə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli Rayon İcra Hakimiyyətində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir keçirilib.

Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Bu Sərəncam xalqımızın taleyində xüsusi yeri və rolu olan qüdrətli dövlət xadiminə ümumxalq ehtiramını dövlət səviyyəsində ifadə edən mühüm tarixi-siyasi sənəddir.

Sevda Quliyeva ulu öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən danışıb.

Sonra tədbirdə “Qüdrətli Azərbaycan naminə həyatını fəda edən lider”, “Azərbaycan dövlətçiliyinin xilaskarı” mövzularında çıxışlar dinlənilib. Bildirilib ki, ulu öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir. Ümummilli liderin uzaqgörən və düzgün siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu gün Kəngərli rayonunun inkişafı da bu müdrik siyasətin bariz nümunəsidir.

Tədbir ümummilli lider Heydər Əliyev irsindən bəhs edən “Xalqın adamı” sənədli filminin nümayişi ilə başa çatıb.

admin

Related Posts