Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Röya: “Yeni ifaçıların Aygünlə məni “ikon” seçməsi düzgün deyil”

Röya: “Yeni ifaçıların Aygünlə məni “ikon” seçməsi düzgün deyil”

Xalq artisti Röya Ayxan sənətə gələn yeni ifaçıları tənqid edib.

Birinci 24 xəbər verir ki, bu haqda sənətçi “Sözbaz” maqazin verilişinə müsahibəsində danışıb.

R.Ayxan bildirib ki, gənc həmkarları bir-birini “tapdalamaqla” məşğuldur:

“Sənətə gələn yeni ifaçılar bizi (özünü və Xalq artisti Aygün Kazımovanı nəzərdə tutur – red.) “ikon” seçir. Amma əslində düz seçmir. Çünki sənətə gələn yeni nəsil bir-birini “tapdalamağa” çalışır. İllər keçəndən sonra isə bir-birinin üzünə baxacaqlar. Düşünmürəm ki, kiminsə yolunu bağlamışam və üzünə baxa bilməyəcəyəm. Hamının üzünə açıq baxıram”.

admin

Related Posts