Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Respublika Narkoloji dispanserində xəstə bıçaqlandı – VİDEO

Respublika Narkoloji dispanserində xəstə bıçaqlandı – VİDEO

Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində müalicə alan şəxs bıçaqlanıb.

Birinci 24 Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Məhkəmə qərarı əsasında müalicə alan 44 yaşlı Əziz Məhərrəmovun bıçaqlanması barədə polisə məlumat daxil olub.

Ərazi üzrə 14-cü polis bölməsinin əməliyyat qrupu hadisə yerinə gəlib.

Daxili İşlər Nazirliyinən verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 37 yaşlı Seymur Əzizov saxlanıb.

İlkin ifadəsində hadisəni törətməkdə şübhəli bilinən Seymur Əzizov cinayətə heç bir əsaslı səbəb olmadığını deyib.

Məlumdur ki, Respublika Narkoloji Mərkəzi qapalı müalicə yeridir. Bura yüngül və ağır dərəcəli narkotik maddə aludəçiləri gətirilir və müalicə olunurlar. Müalicə dövründə belə şəxslər psixoloji cəhətdən gərgin olurlar. Bu zaman belə bir sual yaranır: Qapalı məkanda onların təhlükəsizliyi necə qorunur?

Cəhdlərimizə baxmayaraq, suala Respublika Narkoloji Mərkəzindən cavab ala bilmədik. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, hadisə ilə bağlı istintaq getdiyindən bu barədə açıqlama verə bilməzlər. Müalicə alan şəxslərin təhlükəsizliyi ilə bağlı sualımıza cavab verilmədi.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində ”qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Editor

Related Posts