Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Samboçularımız İsraildən 14 medalla qayıdırlar

Samboçularımız İsraildən 14 medalla qayıdırlar

Yeniyetmə və kadetlərdən ibarət sambo üzrə Azərbaycan millisi İsrailin Hayfa şəhərində keçirilən Avropa birinciliyində yeddi medal qazanıb.

Birinci 24 İnformasiya Agentliyi Azərbaycan Sambo Federasiyasına istinadla xəbər verir ki, yeniyetmələr arasında Elsevər Verdiyev (64 kq) gümüş, Amin İsmayılov (53 kq) isə bürünc medala sahib olublar.

Kadetlərin mübarizəsində İsmayıl Əlipənahov (49 kq) yarışı ikinci, Toğrul Kərimli (53 kq), Nihad Rəhimov (58 kq), Kənan Məmmədli (71 kq) və Hüseyn Hüseynli (88 kq) üçüncü pillədə başa vurublar.

Hayfada keçirilən Avropa çempionatı və birinciliklərində çıxış edən kişilərdən, gənclərdən, yeniyetmələrdən və kadetlərdən ibarət yığma komandamız ümumilikdə 3 gümüş və 11 bürünc medal əldə edib.

admin

Related Posts