Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Prokurorluq Biləsuvardakı partlayışla bağlı daha bir məlumat yayıb

Prokurorluq Biləsuvardakı partlayışla bağlı daha bir məlumat yayıb

Biləsuvar rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumata əlavə olaraq bidirilir ki, aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.

Biləsuvar Rayon Prokurorluğundan Birinci 24 İnformasiya Agentliyinə verilən xəbərə görə, bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam edir.

Beləliklə də, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

admin

Related Posts