Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bunların 87,6 %-i fiziki şəxslər, 12,4 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 36 dəfə artıb.

I rübdə kommersiya qurumlarının 40 %-i elektron qaydada, 60 %-i kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

admin

Related Posts