Today Çərşənbə axşamı, 22nd Aprel 2025
Birinci 24

Birinci 24

Hüquqşünaslıq ixtisası tələbələrinin istehsalat təcrübəsi başa çatıb

Hüquqşünaslıq ixtisası tələbələrinin istehsalat təcrübəsi başa çatıb

Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin nazirlikdə və tabe qurumlarında keçdikləri istehsalat təcrübəsi yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov və universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin müəllimi Elman Abbasov bildiriblər ki, tələbələrin ədliyyə sahəsində nəzəri və praktiki biliklərinin artırılmasında təcrübə kurslarının əhəmiyyəti böyükdür. Həmçinin istehsalat təcrübələri tələbələrin bilik və bacarıqlarının artırılmasına və peşə seçiminə mühüm təsir göstərir.

Sonda nazirlik tərəfindən təcrübə dövründə fəal iştirak etdiklərinə və biliklərin qiymətləndirilməsində göstərdikləri nəticələrə görə tələbələrin bir qismi diplomlarla təltif olunub.

Tələbələr təcrübə müddətində yaşadıqları təəssüratları bölüşüb, onlar üçün yaradılan şəraitə, bilik və bacarıqlarının artırılmasında iştirak edən hər bir əməkdaşa minnətdarlıqlarını ifadə ediblər.

admin

Related Posts