Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi ləğv edilib – SƏRƏNCAM

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi ləğv edilib – SƏRƏNCAM

Mayın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin ləğv edilməsi haqqında Sərəncam imzalayıb.

Birinci 24 İnformasiya Agentliyinin məlumatına görə, Sərəncam deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs ləğv edilsin.
  2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

3.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

admin

Related Posts