Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gənclər Şərurda şəhid ailələrini ziyarət ediblər

Gənclər Şərurda şəhid ailələrini ziyarət ediblər

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc Şərur rayonunda yaşayan şəhid ailələrini ziyarət edib.

Könüllü gənclərin iştirakı ilə Şərur şəhidlərindən Məmməd Zamanlı, Sərxan Salahov və Rauf Qurbanovun ailə üzvləri ilə görüşlər təşkil olunub.

Görüşlərdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev şəhid ailələri ilə səmimi söhbət aparıb, şücaətli, cəsur və vətənpərvər övlad yetişdirdikləri üçün onlara dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə dövlət-xalq-ordu birliyinin parlaq təcəssümüdür. Qəhrəman övladların, şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir.

Şəhidlərin fotolarına, şəxsi əşyalarına, xatirə guşələrinə baxan gənclər qəhrəman döyüşçülərimizin vətənpərvərliyindən örnək alıb, xatirələrini anıb, dualar oxuyublar.

admin

Related Posts