Today Çərşənbə axşamı, 10th İyun 2025
Birinci 24

Birinci 24

Gədəbəydə 32 yaşlı qadın oğurlanıb

Gədəbəydə 32 yaşlı qadın oğurlanıb

Gədəbəy rayonunda adam oğurluğu hadisəsi baş verib.

Birinci 24 xəbər verir ki, mayın 4-də Gədəbəy şəhər sakini İ.Rəfili (şərti) polisə müraciət edərək saat 13 radələrində 32 yaşlı bacısı B.Rəfilinin (şərti) naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadını oğurlamaqda şübhəli bilinən rayonun Qurudərə kənd sakini, 1987-ci il təvəllüdlü Ruslan Həsənov, Slavyanka kənd sakini, 1979-cu il təvəllüdlü Ayaz Hümbətov və Gədəbəy şəhər sakini, 1994-cü il təvəllüdlü Qabil Məmmədcəfərov tutulub.

B.Rəfili gizlədildiyi yerdə aşkar edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı Gədəbəy RPŞ-də araşdırmalar davam etdirilir.

admin

Related Posts