Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilib

Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilib.

“Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir” deyən ümummilli lider Heydər Əliyevin bu fikirləri bu gün də muxtar respublikada uca tutulur, sosial-ekoloji siyasət uğurla davam etdirilir. Ekoloji tarazlığın qorunması, insan sağlamlığı üçün zəruri olan ətraf mühitin yaşıllaşdırılması məqsədilə tədbirlər görülür, yeni ağaclar əkilib becərilir.

Bu tədbirlərin davamı kimi, bu gün ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilib. Bu gün aparılan yaşıllaşdırma tədbirlərində Naxçıvan şəhərinin ictimaiyyət nümayəndələri də fəallıq göstərib. Aksiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və digər nazirlik, komitə, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri iştirak ediblər. Aksiya çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarlarında, Naxçıvan-Sədərək, Naxçıvan-Batabat avtomobil yolunun kənarlarında, Nəzərabad və Uzunoba kəndlərinin ərazilərindəki terraslarda və digər sahələrdə meyvə bağları və yaşıllıq sahələrinə qulluq göstərilib.

Ərazilər alaq otlarından təmizlənib, ağacların ətrafı təmizlənib, dibləri ağardılıb və suvarılıb. Qeyd edək ki, muxtar respublikanın rayonlarında da ulu öndərin 100 illiyi ilə bağlı təmizlik və yaşıllıqlara qulluq aksiyası keçirilib.

admin

Related Posts