Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Mən neynirəm Avroviziyanı?” – Afaq Bəşirqızı

“Mən neynirəm Avroviziyanı?” – Afaq Bəşirqızı

“Avroviziya… Əşi, mən nəyə görə Avroviziyaya getməliyəm? Getdim, sözümü dedim, birinci yeri götürdüm, vəssalam da!”.

Birinci 24 xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib.

O, təmsilçilərimiz Tural və Turan Bağmanovların firuzəyi xalıdakı geyimlərinə də münasibət bildirib:

“Mən neynirəm Avroviziyanı? Aparıblar ora uşaqları… Onlar da hamısı “atan-tutan” oğlanlardılar, “ağır” uşaqlardılar. Bunlar elə paltarlar geyiniblər, uşaqların acığına gəlib. O paltar nə idi, başına dönüm sənin? Bir nəfər oxuyan var idi, özü də ütüləmirdi o paltarı. Elə onun paltarlarından idi. Gövhər Həsənzadə birinci musiqini yazmışdı, tarla oxunan çox gözəl idi (Aysel ft. Arash – “Always” – red.), ötənilki mahnı da çox gözəl idi. Mənasını çox adam başa düşmürdü. Oraya da bizim milli musiqimiz salınmışdı – “Yallı” salınmışdı, biz böyük bir söz dedik (Efendi – “Mata Hari” – red.)”.

admin

Related Posts