Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Serdardan ona “onurğasız” deyən aparıcıya SƏRT CAVAB

Serdardan ona “onurğasız” deyən aparıcıya SƏRT CAVAB

Bir neçə gün əvvəl Türkiyənin maliyyə naziri Nurəddin Nebati ilə səhnədə birlikdə çıxış edən məşhur müğənni Serdar Ortaç onun haqqında “Onurğasız” deyən Fatih Portakala cavab verib.

Birinci 24 Türkiyə mediasına istinadən xəbər verir ki, maliyyə naziri müğənnidən “Karabiberim” mahnısını ifa etməsini xahiş edib. Bundan sonra Serdar nazirin xahişini yerinə yetirib.

Tanınmış aparıcı Fatih Portakal sosial mediada yayılan bu görüntülərə rəy bildirib. Portakal aparıcısı olduğu xəbərlər verilişində “Serdar Ortaç gibi onurğasız biri ilə səhnəyə çıxırsan. Sənətçi də demirəm, onurğasız biri” sözlərini istifadə edib.

Sərdar Ortaçın aparıcıya cavabı gecikməyib. O, instaqramda “Fatih Portakalın da linç mədəniyyətinə ayaq uydurması üzücüdür. Bəyənmədiyimiz, dinləmədiyimiz hər kəsə və hər şeyə bunu edə bilmərik, bizim belə bir haqqımız yoxdur. Çox ayıbdır” , – deyə qeyd edib.

admin

Related Posts