Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şərur şəhərində mənzildə yanğın baş verib

Şərur şəhərində mənzildə yanğın baş verib

Naxçıvan FHN-dən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Şərur şəhər Heydər Əliyev prospekti, bina 47, mənzil 11 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmadan söndürülüb.

Bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

admin

Related Posts