Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qızıl bahalaşdı – Video

Qızıl bahalaşdı – Video

Bakının qızıl bazarında bahalaşma müşahidə edilir. Mövcud vəziyyət bazarda alıcılıq qabiliyyətinin də enməsinə səbəb olub.  

Bunu satıcılar da təsdiq edirlər. Onlar bildirir ki, son vaxtlar Türkiyə qızılının qiymətində kəskin artım müşahidə olunur.

Bu da bazarda alıcılıq qabiliyyətinin düşməsinə və durğunluğa səbəb olub.

Amma bazarda təkcə Türkiyə qızılının qiyməti deyil, eləcə də İtaliya istehsalı məhsulların da qiymətində ciddi dəyişiklik hiss olunur.

Ekspertlərin fikrincə, maliyyə bazarında qeyri-müəyyən vəziyyət olduğu üçün qızıl qiymətləri yüksəlir. Mütəxəssislər hesab edirlər ki, buna görə də investorlar konkret qərar qəbul etməkdə çətinliklə üzləşirlər.

Ətraflı videomaterialı təqdim edirik:

Editor

Related Posts