Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

SON DƏQİQƏ: Anar İbrahimov Ali Məclis sədrinin müavini seçildi – YENİLƏNİR

SON DƏQİQƏ: Anar İbrahimov Ali Məclis sədrinin müavini seçildi – YENİLƏNİR

Hazırda Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, sessiyada Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov yekdilliklə Ali Məclis sədrinin müavini seçilib.

Qeyd edək ki, Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.

Sessiya davam edir.

İctimaiyyətə sessiyanın gedişi ilə bağlı ətraflı məlumat veriləcək.

admin

Related Posts