Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azər Aydəmir:“Bu, qırmızı xətlərin cırıq-cırıq olmasıdır“

Azər Aydəmir:“Bu, qırmızı xətlərin cırıq-cırıq olmasıdır“

Aparıcı-aktyor Azər Aydəmir Avroviziya mahnı müsabiqəsindəki “LGBTQ+”la bağlı mesajlara münasibət bildirib.

Birinci 24 xəbər verir ki, bununla bağlı o, feysbukda status paylaşıb.

“Finala baxıram və belə qənaətə gəlirəm ki Avroviziya iştirakçılarının ya Avroviziya təşkilat komitəsinin bu müsabiqədə artıq birmənalı olaraq, yekdilliklə dünyaya mesajı var! Bu artıq mübahisələndirilə bilməz. Allahı görürsən. Mənim kimi bu “hərəkata” neytral baxan ikinci adamı tanımıram. Amma bu artıq qırmızı xəttlərin cırıq-cırıq olmasıdır “, – deyə, Azər bildirib.

Qeyd edək ki, italyan təmsilçi səhnəyə LGBTQ+ bayrağı ilə çıxıb.

admin

Related Posts