Naxçıvan Səhiyyə Nazirliyində daha bir vəzifəli şəxs vəzifədən azad olundu

Naxçıvan Səhiyyə Nazirliyində daha bir vəzifəli şəxs vəzifədən azad olundu

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun imzaladığı əmrə əsasən, qurumun Maliyyə şöbəsinin müdiri Asəf Musayev işdən çıxarılıb.

Qeyd edək ki, Asəf Musayevin Covid-19-la mübarizə çərçivəsində tibb işçilərinə ödənilməli olan əlavələrin ödənilməməsində, tibbi sığortadan tibb işçilərinə ödənilməli olan vəsaitlərin düzgün xərclənməməsində və tibb işçiləri ilə kobud rəftarda adı hallanırdı.

Samiq Sadıxov Birinci 24 İnformasiya Agentliyinə bildirib ki, artıq tibb işçilərinə stimullaşdırıcı əlavələrin və bonusların ödənilməsinə başlanılıb. Səhiyyə sistemində islahatlar bundan sonra da davam etdiriləcək.

admin

Related Posts