Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda işsizlərin sayı açıqlandı – Rəsmi

Azərbaycanda işsizlərin sayı açıqlandı – Rəsmi

Bu ilin may ayının 1-nə olan məlumata görə, Azərbaycanda 293,2 min nəfər işsiz şəxs olub.

Birinci 24-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 5 ay ərzində ölkədə işsizlərin sayı 9 min nəfər və ya 3% azalıb.

Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 203,9 min nəfər olub, onlardan 4 milyon 910,7 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 19 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb.

İllərİşszilərin sayı
(min nəfər)
1 yanvar 2006317,8
1 yanvar 2007291,2
1 yanvar 2008281,1
1 yanvar 2009262,2
1 yanvar 2010260,2
1 yanvar 2011258,3
1 yanvar 2012250,9
1 yanvar 2013243,1
1 yanvar 2014236,6
1 yanvar 2015237,8
1 yanvar 2016243,7
1 yanvar 2017252,8
1 yanvar 2018251,7
1 yanvar 2019253,8
1 yanvar 2020251,6
1 yanvar 2021375,9
1 yanvar 2022315,7
1 yanvar 2023302,2
1 may 2023293,2

Editor

Related Posts