Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Dilarə o soyunan qızdır?” – Şəbnəm tanımadı

“Dilarə o soyunan qızdır?” – Şəbnəm tanımadı

Müğənni Dilarə Kazımova qonaq olduğu proqramda ifa zamanı Şəbnəm Tovuzlunun adını hallandırıb.

Belə ki, sənətçi “El Canlı” proqramında təşkil olunan əyləncəli rubrikada iştirak edib. İfaçı “Dəm olmuşam” mahnısının sözlərini dəyişdirərək, ona yaradıcı heyət tərəfindən təqdim olunan “Nəm olmuşam, Tovuzlu Şəbnəm olmuşam, neyləyim?” – deyə, oxuyub. Dilarə həmçinin, müğənni Türkan Vəlizadənin də adını çəkib.

Yumoristik görüntülər sosial şəbəkələrdə yayılıb. İzləyicilərin fikrincə, Dilarənin bu hərəkəti özünü adını çəkdiyi ifaçılardan üstün görməsi kimi düşünülüb.

Birinci 24 xəbər verir ki, müğənni Şəbnəm Tovuzlu qeyd edib ki, Dilarəni tanımır:

“Dilarə Kazımova kimdir ki? Mən heç onu, elə bir müğənnini tanımıram. Dilarə o soyunan qızdır? Heç kəs məni lağa qoya bilməz. Heç kəs Şəbnəm Tovuzlu da ola bilməz”.

Ş. Tovuzlunun bu sözlərinə qarşı tərəfdən reaksiya verilib.

“Verilişdə mahnının sözləri əvvəldən dəyişdirilib və Dilarə xanımın bu cür oxuması xahiş edilib. Orada qəbahətli bir şey yoxdur. Hamıya məlumdur ki, Dilarə Kazımova hər zaman qalmaqaldan uzaq biridir. Məqsədi qıcıq, ya da qalmaqal yaratmaq olmayıb”.

admin

Related Posts