Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda əhalinin sayı artır, amma pensiyaçıların sayı azalır

Azərbaycanda əhalinin sayı artır, amma pensiyaçıların sayı azalır

Azərbaycan müstəqillik əldə etdikdən sonra pensiyaçıların sayı 6,8% azalıb.

Açıqlanan rəsmi məlumatlara istinadən, Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı ilk ildə – 1992-ci ildə ölkədə 1 miyon 287 min 687 pensiyaçı olub və bunların 803 min 114 nəfərini yaşa görə pensiya alanlar təşkil edib.

Həmin dövürdə Azərbaycan əhalisinin sayı 7 milyon 324,1 min nəfər olduğu üçün yaşa görə pensiya alanların sayı əhalinin ümumi sayının 10,96%-nə bərabər olub.

Bu ilin əvvəlinə olan sonuncu məlumata görə Azərbaycanda 1 milyon 200 min 475  pensiyaçı olub və onların 707 min 1 nəfəri yaşa görə pensiya alıb. Azərbaycan əhalsinin sayı isə 2022-ci ilin yekununda 10 milyon 156,4 min nəfərə çatıb. Bu da o deməkdir ki, Azərbaycan əhalisinin 6,96%-i yaşa görə pensiya alır.
Son 30 ildə əhalinin ümumi sayı 36,7% artdığı halda, yaşa görə pensiya alanların sayı 12% azalıb.

 1992-ci il2022-ci il
Pensiyaçıların ümumi sayı1 287 687 nəfər1 200 475 nəfər
Yaşa görə pensiya803 114 nəfər707 001 nəfər
Əhalinin ümumi sayı7 324,1 min nəfər10 156,4 min nəfər
Yaşa görə pensiya alanların əhalinin ümumi sayına nisbəti10,96 %6,96 %

Editor

Related Posts